Xəbər lenti

“Bizim öz yolumuz var” - Vəhdət Partiyası qurultaya hazırlaşır
Siyasət13:22 11.05.2023

“Bizim öz yolumuz var” - Vəhdət Partiyası qurultaya hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vəhdət Partiyasının qeydiyyatla bağlı tələb olunan 5 minlik üzv siyahısı hazırdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə "Vəhdət”in bağlanması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. 
Siyasətçi bildirib ki, üzvlərlə bağlı sənədləşmə işləri hələ davam edir: "Partiya işlərimiz tam qaydasındadır, 5 min üzvün imzasını toplamaq kampaniyası davam edir. May ayının axırına kimi qurultay keçirib, bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Prosedur qaydalar yeni qanuna uyğunlaşdırılacaq”.
Fəxrəddin Ağazadə deyib ki, "Vəhdət”in fəaliyyətini dayandırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Bağlanan Milli Vəhdət Partiyası olub. Bizdən vaxtı ilə ayrılan bir partiyadır. Hətta bir ara dedilər ki, guya biz Vətəndaş Həmrəylyi Partiyasına birləşirik. Bu fikirlər haradan qaynaqlanır? Bununla bağlı bəyanat da yaymışıq. "Vəhdət" müstəqil xətti olan bir partiyadır. Bizim öz yolumuz var”. 
Qeyd edək ki, aprel-may aylarında 19 partiya fəaliyyətini dayandırıb. Bu siyahıya Vəhdət Partiyasının da adının düşəcəyi deyilir. 
Bahar Rüstəmli