Xəbər lenti

BİZİM XƏYAL GÜCÜMÜZ
Ölkə12:08 15.04.2013

BİZİM XƏYAL GÜCÜMÜZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rasim Qaraca

İnsanın ən böyük qazancı nədir bilirsinizmi?

Bəs, insanın ən böyük uğursuzluğu?

Birinci suala indi cavab verirəm, ikinciyə ən sonda.

İnsanınən böyük qazancı onun xəyal gücünün olmasıdır. Biz Kosmik Təfəkkürünbir parçasıyıq, insana sonsuzadək düşünmək, xəyal qurmaq imkanı verilib,fantaziyalarımızın qarşısını alacaq heç bir hədd və hüdud olmamaqdadır.Lakin çeşidli səbəblər üzündən insan bu yeganə, mislisiz sərvətdənözünü məhrum edir. Fantaziyalar ürətən sənət adamları bu qeyri-adibacarıqlarına görə hörmətə layiqdir, onların əsərləri də buna görəqiymətləndirilir - kim daha çox xəyal qura bilir və ya bilər. Biz xəyalgücümüzü qanadlandıran əsərləri əbədi olaraq yaddaşımıza yazırıq, xəyalgücümüzü alovlandıran qaynaqları durmadan soraqlayırıq və axtarıbtapırıq. Elm və texnikanın fantastik oyuncaqları bizi yaşamağahəvəsləndirir, romanlar, filmlər, rəsm əsərləri həyatımızı mənalandırır.Şairlər buna görə özəl insanlardır: sözlərin kiçicik kombinasiyası iləbizim xəyal dünyamızda böyük dalğalanmalar yaratmağı bacarırlar.Avtoritar hakimiyyətlər xəyal motoru güclü olan insanların susmasındamaraqlıdır, buna görə şairlər, sənət adamları satın alınır. Xəyal gücüolmayan insanları idarə etmək çox asandır.  
Riçard Baxın"Meraklılar" adlı romanında dağ gəlinciklərinin həyatından bəhs olunur.əsərdə belə bir səhnə var: müəllim dağ gəlinciyi öz şagirdlərini -balaca dağ gəlinciklərini yanına salıb bir təpənin üstünə qalxırlar vəgöyüzündəki ulduzları seyretməyə başlayırlar. "Kainatda milyonlarcaulduz var və bu ulduzlardan biri sizindir. Tamamən sizin. Onu görən kimitanıyacaqsınız. Həyatın qarşınıza çıxardığı imtahanlarda və çətingünlərinizdə o ulduz hər zaman sizinlə olacaq."

Uşaqyaşlarında övladına bir ulduz bağışlayan ata-ana artıq həyatının ənönəmli görəvini yerinə yetirmiş sayılır. Yəqin bütün bunlara görədir,uşaq yazarları bizim ən çox sevdiyimiz yazarlardır və qəlbimizin əndərinliklərində onlara sayqıyla yer veririrk, böyük yaşlardaoxuduqlarımızı tezliklə unuda bilirik. Bizim xəyal quşumuzuqanadlandırdıqları üçün onlara olan minnətdarlığımız sonsuzdur.
Bəlkədə buna görə insan öz uşaqlıq ideallarına sadiq qalmalıdır, nəyinbahasına olursa olsun onu qorumalı, ötəri şeylərə qurban verməməlidir.

Ancaqhəyatda biz bunun əksini görürük. İnsanlar özlərinin kiçik maraqlarıüçün, yeganə misilsiz sərvətləri olan xəyal güclərindən vaz keçirlər.Özəlliklə idarəçilik aparatları, firma və ya dövlət olsun, öztəbəələrinin xəyal gücünü mümkün qədər buxovlamağa çalışır.

Müxtəlifdinlər, idealogiyalar insanın xəyal gücünü əlindən almaq üçün birərvasitələrdir. İnsanlıq keçmişin "olmaz" işarətləri ilə dolu olanqaranlıq labirintindən bizim bu günlərədək milyonlarca qurbanlar verərəkgəlib çıxmışdır. Hər şey yalnız bir şeyin naminə edilmişdir: İnsanxəyallarının qarşısında heç bir sədd olmamalıdır. Azadlıq məqsəd deyil,vasitədir: Azadlıq insanın öz xəyalları ilə baş-başa qalacağı birdünyadır. Buna görə qiymətlidir. Buna görə çətinliklə əldə ediləndir.

İkincisuala cavab vermək istəyirəm. İnsanın ən böyük uğursuzluğu - öz xəyalgücünü satmasındadır. İstər pula, istər şöhrətə, istərsə rifaha. Özuşaqlığına xəyanət edən insan ən rəzil insandır.