Xəbər lenti

Biznes qurmaq üçün ən əlverişli ölkələr: Azərbaycan ilk 30 ölkə arasında
Ekonomiks19:20 31.10.2018

Biznes qurmaq üçün ən əlverişli ölkələr: Azərbaycan ilk 30 ölkə arasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Bankı "Doing Business 2019” adlı reytinq cədvəlini açıqlayıb.
Dünyada biznes aparmaq üçün ən münasib ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan 25-ci pillədə qərarlaşıb.
Avropa və Mərkəzi Asiya ölkələri arasında ən rahat biznes şəraiti Gürcüstanda qurulub. Bu ölkə siyahıda 6-cı pillədə qərarlaşıb. Bundan başqa, Makedoniya 10-cu, Qazaxıstan 28-ci, Ukrayna 71-ci, Rusiya 31-ci və Belarus 37-ci pillədə qərarlaşıb.
Biznes aparmaq üçün ən uyğun ölkələr Yeni Zelandiya, Sinqapur, Danimarka, Honqkonq və Cənubi Koreya sayılır. (Modern.az)