XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bölgələr tullantılar içərisində boğulur, hətta Sumqayıt kimi iri şəhər belə"
Ölkə06:20 15.02.2022

"Bölgələr tullantılar içərisində boğulur, hətta Sumqayıt kimi iri şəhər belə"

"Ölkənin bütün bölgələri tullantılar içərisində boğulur, hətta Sumqayıt kimi iri şəhər belə".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Ekspertin sözlərinə görə, son 20 ildə Bakıda (Balaxanıda) məişət tullantılarını emal edən zavod qurulub, lakin bu azdır:
"Öyünə bildiyimiz də tək elə odur. Amma Türkiyədə təxminən 100 belə emal müəssisəsi var, hamısı da bələdiyyələrin işlətməsindədir. Bu müəssisələr yalnız ekologiyanı təmizliyinə xidmət etmirlər, həmçinin ölkənin enerji sistemin də böyük qatqı verirlər. Təkcə İstanbulda 600 min insanın elektrik enerjisi tələbatı tullantı emalı müəssisələrində alınan elektrik hesabına qarşılanır".
Rövşən Ağayevin fikirincə, Azərbaycanda yerli özünüidarə güclənməyənə, yerli inkişaf problemləri onların səlahiyyətinə keçməyənə qədər tullantıllar bizi boğacaq: "Xüsusən də kəndlərdə”. 
Bahar