Xəbər lenti

Blinken İlham Əliyevlə nə barədə danışıb? - Ekspert
Siyasət09:31 13.07.2023

Blinken İlham Əliyevlə nə barədə danışıb? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Blinkenlə aparılan bu telefon danışığı Bakının mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımların tezləşdirilməsinə yönəldiləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında olan telefon danışığını şərh edərkən deyib: 
"Blinkenin İlham Əliyevlə telefon danışığının əsas mövzusu Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi və İrəvanın bu prosesə daxil etməyə cəhd etdiyi Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsi olub. Bu   yaxınlarda ABŞ-ın Ermənistandakı səfiri bəyanatla çıxış edərək bildirmişdi ki, Dövlət Departamenti Qarabağdakı ermənilərin Azərbaycan Konstitusiyası əsasında yaşamasının ən optimal variant olduğunu qeyd edib. Hesab edirəm ki, Blinken İlham Əliyevlə də məhz bu kontekstdə danışıb. Bakı Qarabağda yaşayan ermənilərin ölkəmizdə yaşayan digər millətlər kimi, Azərbaycan Konstitusiyası əsasında hüquq və təhlükəsizliklərini təmin etməyə söz verir. Addımlar da məhz bu istiqamətdə atılacaq. Məhz, Blinkenin Paşinyanla telefon danışığından sonra danışıqların intensivləşməsi və Brüsseldə keçiriləcək görüşün tezləşdirilməsi barədə söz-söhbətlər artıb”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar  aparıb. Onlar Ermənistan və Azərbaycan arasında  sülh danışıqlarını müzakirə ediblər. 
Rüfət Sultan