Xəbər lenti

BMT: "Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar"
Siyasət18:26 20.07.2020

BMT: "Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.
Qaynarinfo xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
"Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında (Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xətti – Red) genişmiqyaslı qarşıdurma fəlakət olar” , - Dyujarrik vurğulayıb.