Xəbər lenti

BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri Şuşa qalasında olublar
Ölkə14:26 18.03.2022

BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri Şuşa qalasında olublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri Şuşa qalasına səfər ediblər.
Qaynarinfo xəbər verir ki, onlar qala ilə tanış olub və xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın yüksək vəzifəli şəxsləri, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, təşkilatın ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərləri iştirak ediblər.