Xəbər lenti

BMT nümayəndəsi: “Ermənilərin keçidi zamanı mənfi rəftar halları qeydə alınmayıb”
Dünya 13:45 30.09.2023

BMT nümayəndəsi: “Ermənilərin keçidi zamanı mənfi rəftar halları qeydə alınmayıb”

Birləşmiş Millətlər Təşkilatı (BMT) qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana keçidi zamanı mənfi rəftar halları qeydə alınmayıb.

Qaynarinfo xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib.

Anadolu müxbirinin "Bu şəxslərə qarşı hər hansı pis rəftar qeydə alınıbmı” sualına Belani belə cavab verib: 

"İndiyədək heç bir insident qeydə alınmayıb. Pis rəftar halları olmayıb. Uzun yoldur, tıxac insanlar üçün çətin vəziyyətdir. Lakin azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->