BMT Təhlükəsizlik Şurası müharibə başlayandan ilk dəfə olaraq Ukrayna ilə bağlı bəyanat qəbul edib.
Qaynarinfo xəbər verir ki, Şura sədrinin bəyanatı bu gün keçirilən iclasda təsdiqlənib:
"Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir", - deyə sənəddə qeyd olunub.
Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində səylərinin dəstəkləndiyi bildirilib.