Xəbər lenti

BMT Təhlükəsizlik Şurası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərar verəcək
Siyasət06:34 25.02.2022

BMT Təhlükəsizlik Şurası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərar verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsverməyə çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, ABŞ və Təhlükəsizlik Şurasındakı avropalı müttəfiqlərinin hazırladığı qətnamədə "Rusiyanın Ukraynaya qarşı BMT razılaşmasının ikinci maddəsinin dördüncü bəndinə zidd olan hücumları qınayırıq” sözləri yazılıb.
Qətnamə, həmçinin Rusiyanın Ukraynaya qarşı güc tətbiqinin dərhal dayandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında hansəsa qərarın qəbul edilməsi üçün 5 daimi üzvdən (ABŞ, Çin, Böyük Britaniya və Rusiya) heç biri buna etiraz etməməlidir.
Qeyri-daimi üzvlərlə birlikdə 15 ölkədən ibarət olan Təhlükəsizlik Şurasında qərarın qəbul üçün ən az 9 səsə ehtiyac var.