Xəbər lenti

BMT-yə şok Güney Azərbaycan müraciəti
Siyasət08:41 18.02.2017

BMT-yə şok Güney Azərbaycan müraciəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəhreynli millət vəkili Camal Əbu Həsən yaydığı bəyanatla İranın Güney Azərbaycanı işğal etdiyini bildirərək, BMT-ni bu məsələyə münasibət bildirməyə çağırıb.

Qaynarinfo.Az avropa.info-ya istinadən xəbər verir ki, Bəhreyn Millət Məclisinin Xarici əlaqələr və müdafiə komissiyasının üzvü, millət vəkili Camal Əbu Həsən Güney Azərbaycanın İran tərəfindən işğal edildiyini bildirərək, BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb.

“Güney Azərbaycanın İran işğalından xilas olması və müstəqil dövlət qurma mücadiləsini dəstəkləyirik. BMT-ni Güney Azərbaycan millətinin haqlı savaşına dəstək olmağa çağırırıq”, - deyə Camal Əbu Həsən bildirib. 

Qaynarinfo.Az