Xəbər lenti

“Bölgələrdə təşkilatların vəziyyəti yaxşı deyil” - Partiya sədri
Siyasət09:55 15.05.2023

“Bölgələrdə təşkilatların vəziyyəti yaxşı deyil” - Partiya sədri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fikrimcə, fəaliyyətini dayandıran partiyaların sayı artacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Onun fikirincə, hadisələrin gedişi bunu deməyə əsas verir:
"Bu müddət ərzində biz bölgələrə tez-tez səfərlər etdik. Həm təşkilat işlərimizlə məşğul olduq, həm də ictimai rəyi öyrənməyə çalışdıq. Yerlərdə siyasi təşkilatların vəziyyəti elə də ürəkaçan deyil. Köhnə təşkilatlar çöküb, yenilər yaranmır”. 
Elşad Musayev hesab edir ki, rəhbərlik etdiyi partiyanın üzvlüklə bağlı problemi yoxdur: 
"Tələb olunandan da artıq üzvlərimiz var və sənədləri tələb olunan vaxt Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Qeyd edək ki, bu il ərzində Azərbaycanda 21 partiya fəaliyyətni dayandırıb. 
Bahar Rüstəmli