Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə edəcəyi təqdirdə "ciddi nəticələr” barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” Baş nazir ofisinin bəyanatına istinadən
məlumat verir
"Prezident Vladimir Putin Ukraynadakı müharibədə nüvə silahından istifadə edərsə, ciddi nəticələrlə üzləşəcək”, deyə bəyanatda bildirib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin amerikalı həmkarı ilə danışıqlar aparmaq üçün Vaşinqtonda olduğu, Rusiya liderinin Qara dəniz üzərində nüvə başlığını partlada biləcəyi ilə bağlı xəbərlərin yayıldığı bildirilir.
"Biz Putinlə aydın şəkildə başa düşürük ki, nüvə silahından istifadə dəhşətli nəticələrə gətirib çıxaracaq. Mən bu məsələ ilə bağlı spekulyasiya etməkdən imtina edərdim. Fikrimcə, ictimaiyyəti əmin etmək lazımdır ki, biz bu sahədə aparıcı rol oynayırıq", deyə bəyanatda qeyd edilib.
Nizami Bağırov
Şərhlər