Xəbər lenti

Böyük Britaniyanın Baş naziri İlham Əliyevə məktub ünvanladı
Siyasət09:48 16.06.2022

Böyük Britaniyanın Baş naziri İlham Əliyevə məktub ünvanladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb.
Qaynarinfo-nun xəbərinə görə, mətndə deyilir: 
"IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm.
Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini Forumun əsas mövzusu etmək qərarınızı yüksək qiymətləndirirəm. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə qarşı edilmiş bir hücumdur. Mariupol va Ukraynanın digər şəhərlərində sakinlərin vəhşicəsinə qətli və şəhərlərin tamamilə dağıdılması gələcəyə qorxulu mənzərə təqdim edir: beynəlxalq hüquqdan imtina və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın davranışı təhlükəsizlik və dünyanın böyük hissəsi üçün uzunmüddətli nəticələrə səbəb olacaq - yalnız Putinin çirkin blokadasının qlobal ərzaq təhlükəsizliyinə olan təsirinə baxmaq kifayət edir. Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandırmaq, həyati humanitar və iqtisadi yardım göstərmək və Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik. 
Siz həmçinin enerji təhlükəsizliyi və keçidi məsələsini də vurğuladınız. Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidan qurulmasının ən intensiv mərhələsinə yaxınlaşınq. Biz Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır. Eyni zamanda iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatlan sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbəlarinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sifira nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq.