Xəbər lenti

Böyük müharibə astanasında: Dünya aclıqla üz-üzədir
Siyasət11:10 04.06.2022

Böyük müharibə astanasında: Dünya aclıqla üz-üzədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna müharibəsi nəticəsində dünya ərzaq böhranı ilə üzləşib. Müharibənin davam etməsi və Rusiyanın Ukraynanın cənub sahillərini işğal etməsi fonunda Kiyev taxılını xaricə çıxara bilmir. Bu isə dünyada taxıl böhranına səbəb olub. Belə ki, dünya əhalisinin 1,5 milyonu məhz Ukrayna taxılından asılıdır.
Yaranmış vəziyyətdə problemdən çıxmaq üçün müxtəlif variantlar üzərində baş sındırılır. Bu günlərdə Belarus prezidenti Aleksand Lukaşenko BMT-nin baş katibi Antonio Quttereşlə telefon danışığında Minskin Ukrayna taxılını Belarus vasitəsilə Baltik limanlarına çatdırmağa hazır olduğunu bildirib. Əvəzində, Lukaşenko Almaniya, Polşa, Baltikyanı ölkələr və Rusiya limanlarının Belarus malları üçün açıq olmasının vacib olduğunu qeyd edib. Görəsən, belə bir sövdələşmə baş tutacaqmı? 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Əlimusa İbrahimovun fikrincə, Qərb Lukaşenkonun bu təklifini qəbul etməyəcək:
"Ukrayna taxılının Belarus ərazisindən Baltik limanlarına çatdırılması müqabilində Qərb Minskə qarşı sanksiyalardan imtina etməyəcək. Həmin təklifinin əvəzində Lukaşenkonun Almaniya, Polşa, Baltik ölkələri limanlarının Belarus mallarına açılmasını istəməsi bir hiylədir.
Rusiya taxılın Ukraynadan çıxarılmasına əngəl olmaqla Avropa İttifaqına və ABŞ-a təzyiq etməyi düşünür. Bu əngəllə Putin və Lukaşenko sanksiyaların götürülməsinə nail olacaqlarını düşünürlər. Putinin bu işdə maraqlı olması sanksiyaların Belarus üzərindən götürülməsinin Rusiya üçün də müəyyən imkanlar yarada biləcəyilə bağlıdır. Qərb buna razı olmayacaq”.
Rüfət Sultan