Xəbər lenti

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşir - Prezident açıqladı
İdman 18:30 05.05.2023

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşir - Prezident açıqladı

Braziliya Futbol Federasiyasının (CBF) prezidenti Ednaldo Rodriges millinin "sükanı” arxasına kimi gətirmək istədiklərini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, prezident hazırda "Real”ı çalışdıran baş məşqçi Karlo Ançelotti ilə rəsmi şəkildə maraqlandıqlarını açıqlayıb. O, açıqlamasında, "Bunu gizlətməyin mənası yoxdur, A planımız Ançelottidir. Hələ heç bir təklif etməmişik. İlk dəfədir ki, bu qədər açıq danışıram və seçimimi gizlətməyin mənası yoxdur. Çox etik olmağa çalışıram. Bir klubla müqaviləsi olan heç kimə yaxınlaşmıram. Səbirli olmağa və doğru anı gözləməyə çalışdıq. Onun iradəsi olub-olmadığını anladığımız andan hər şey aydınlaşacaq” - sözlərini deyib.

Qətərdə keçirilən dünya çempionatında gözlənilən səviyyədə çıxış edə bilməyən Braziliya millisi mundialdan sonra baş məşqçi Tite ilə yolları ayırıb. "Sambaçılar”ın çalışdırıcısı postuna namizəd kimi, Ançelotti ilə yanaşı Xorxe Jesus, Abel Ferreyra və Fernando Dinizin adı hallanırdı.

Səbuhi Həsənov

--> -->