Xəbər lenti

Braziliya və Hindistan sülh sammitinə “kiçik” məmurlar göndərəcək -
Dünya 13:38 27.05.2024

Braziliya və Hindistan sülh sammitinə “kiçik” məmurlar göndərəcək - "Bloomberg"

Braziliya və Hindistan Qlobal sülh sammitinə aşağı rütbəli məmurlar göndərməyi düşünürlər.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

"Ukrayna prezidenti Volodimir Zelenski liderləri sammitdə iştirak etməyə çağırır, lakin Moskva fəal şəkildə əsas güclərin iştirakını pozmağa çalışır, Braziliya və Hindistan daha aşağı rütbəli məmurların göndərilməsi ideyasını nəzərdən keçirirlər”, - "Bloomberg” yazır.

Eyni zamanda, nəşrə görə, Qlobal sammitə Çindən yalnız yüksək rütbəli dövlət məmuru gələ bilər.

Xatırladaq ki, Qlobal sülh sammiti iyununn 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edib, Rusiya Federasiyası isə heç bir dəvət almayıb. 

Qeyd edək ki, hələlik nə Çin lideri, nə də ABŞ prezidenti tədbirdə iştirakını təsdiqləməyib. Xüsusilə, Çinin baş diplomatı Van İ, çox güman ki, eyni vaxtda keçiriləcək BRİKS konfransında iştirak edə biləcəyindən sülh sammitinə məhəl qoymayacaq.

Eyni zamanda, mayın 23-də Braziliya və Çin hökumətləri Rusiya və Ukrayna arasında müharibənin həlli ilə bağlı birgə bəyanat yayaraq, sülhə nail olmaq üçün siyasi danışıqların aparılmasını dəstəkləyiblər. Xüsusilə, onlar hesab edirlər ki, sammit yalnız Rusiya Federasiyasının iştirakı ilə baş tutmalıdır.
Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi bildirib ki, Yeni Dehli bütün mühüm sammitlərdə, o cümlədən Ukrayna ilə bağlı keçirilən görüşlərdə iştirak edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->