Dünya 16:28 15.09.2023

Britaniya İranın mədəniyyət naziri və Tehran merinə sanksiyalar tətbiq etdi

Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya ilə koordinasiyada cümə günü İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavini Məhəmməd Haşimi, Tehran meri Əlirza Zəkani və İran polisinin sözçüsü Səid Montazer-ol-Mehdiyə qarşı sanksiyalar tətbiq edib. 

Qaynarinfo xəbər verir ki, bu, ölkə qadınlarının hicaba məcbur edilməsi ilə bağlıdır.

London sanksiyaları əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edən Məhsa Əmininin İranda ölümünün ildönümü ilə əlaqələndirir.

İranda hicab taxmaq qanunla məcburidir. İranda 2022-ci ilin payızında bütün ölkəni bürümüş iğtişaşlardan sonra hicab, xüsusən də hər hansı qadının başını örtməli olan hicab taxma qaydalarına əməl olunması məsələsinin aktuallığı artıb. Kütləvi etirazlar sentyabrın ortalarında Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölümü ilə bağlı başlayıb. Etirazçılar Məhsanın ölümündə hakimiyyəti günahlandırıblar. İranlı qadınlar sosial şəbəkələrdə kütləvi şəkildə saçlarını kəsdikləri və hicablarını yandırdıqları videolar yayımlamağa başlayıb.

Alpər