Xəbər lenti

Britaniya mətbuatı yazır ki, Kiyev mühasirəyə alına bilər
Siyasət12:03 24.02.2022

Britaniya mətbuatı yazır ki, Kiyev mühasirəyə alına bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Guardian”-ın müdafiə və təhlükəsizlik məsələləri üzrə redaktoru Dan Sabbagh Rusiya və Ukrayna hərbi qüvvələrinin nisbəti ilə bağlı bəzi məqamlara toxunub. O yazır ki, Rusiya Ukrayna sərhədlərində 150 mindən çox piyada əsgər toplayıb, daha 34 min yüngül silahlı separatçı qüvvələr rusiyapərəst Donetsk və Luqansk əyalətində qərar tutub. Bu, Rusiyanın ümumi quru qüvvələrinin təxminən üçdə ikisini təşkil edir. Moskvanın hərbi hava qüvvələrinin yarısı da bölgəyə yeridilib. 
ABŞ 2003-cü ildə İraqı təxminən 175 min əsgərin hərbi müdaxiləsi ilə işğal etdi. Ukraynanın işğalı İraqın işğalından sonra dünyada baş verən ən böyük müharibə olacaq. Qərb liderləri Ukrayna müharibəsinin II Dünya Müharibəsinin bitməsindən sonra Avropada ən ciddi müharibəyə səbəb olacağını bildirirlər. Qərb müdafiə mənbələri Rusiyanın Ukraynanı "çoxistiqamətli hücum oxları” ilə işğal edəcəyini gözləyir. Lakin əsas hədəf təxminən 3 milyon əhalisi olan paytaxt Kiyevdir. Qərb analitikləri hesab edir ki, Vladimir Putin Kiyevdə "rejim dəyişikliyi”nə nail olmaq istəyir. Plana görə, paytaxt Rusiya ordusu tərəfindən mühasirəyə alınır. Ruslar paytaxta daxil olmadan prezident Vladimir Zelenskini devirə biləcəklərinə ümid edirlər. Britaniya xəbərdarlıq edib ki, Rusiyanın FSB kəşfiyyat orqanına Kiyev və Ukraynanın digər böyük şəhərləri haqqında kəşfiyyat məlumatları çatdırmaq tapşırılıb. ABŞ isə bildirib ki, Rusiya rəsmiləri Rusiya ordusunun nəzarətə keçirəcəyi ərazilərdə Ukraynanın idarəçilikdə olan məmurlarını tutmaq üçün axtarışlar aparmağı planlaşdırır. 
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Ukraynanın 125 min nəfərlik nizami ordusu var, lakin ən azı 36 min nəfərin səfərbər olması mümkündür. Ölkədə bir çoxları döyüşməyə hazır olduqlarını bildiriblər və şərqdə döyüşməkdə hərbi təcrübə keçmiş 300 minə yaxın insan var, onlardan bəziləri silahlı müqavimətə qoşula bilər. Ukrayna ordusu əsasən ölkənin şərqində, işğal olunmuş Donbas bölgəsinin yaxınlığında cəmləşib və Qərb analitikləri hesab edirlər ki, Rusiyanın ilk əməliyyatlarının əsas məqsədi Ukraynanın döyüşən qüvvələrini sınamaq və onları deqradasiyaya salmaqdan ibarətdir.
Rusiyanın hərbi hava qüvvələrinin əhəmiyyətli üstünlükləri var; Belə ki, Ukrayna cəmi 124, Rusiyanın isə 1172 döyüş təyyarəsinə sahibdir; Rusiyanın donanması Qara dənizin şimalında üstünlük əldə edəcəyi halda Kremlin Odessaya dənizdən hücum etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar var. Ukrayna son bir il ərzində ordusunu modernləşdirməyə çalışıb. Ordunun əlində olan hərbi texnikanın əsas hissəsi ABŞ-dan alınmış tank əleyhinə "Javelin” raketlərdir, Böyük Britaniyadan daha qısa mənzilli tank əleyhinə silahlar daxil olub. Türkiyədən az sayda "TB2” dronlar alınıb. Ukrayna ordusunun əlində olan əsasən sovet dövründən qalan köhnə texnikadır. Ukrayna hərbi alyansın üzvü olmadığı üçün NATO-dan birbaşa hərbi dəstək olmayacaq...
Elbəyi Həsənli