Böyük Britaniyada hökumət başçısı seçkilərinin ikinci turu başa çatıb. Baş nazir postuna 6 namizəddən yalnız 5-i növbəti tura keçib.
Qeyd olunur ki, seçkilərin ikinci turunda birinci yeri yenə 101 səslə keçmiş maliyyə naziri Rişi Sunak tutub. Keçmiş müdafiə naziri Penni Mordaunt və hazırkı xarici işlər naziri Liz Truss müvafiq olaraq 83 və 64 səslə ikinci və üçüncü yerləri tutublar.
Səsvermə siyahısının sonunda Bərabərlik və yerli idarəetmə naziri Kami Badenok (49 səs) və britaniyalı deputatı Tom Tuqendat (37 səs) yerləşir
Qeyd edək ki, hazırda Britaniyada baş nazir seçkilərinin birinci mərhələsi keçirilir və bu mərhələdə Britaniya parlamentinin üzvləri olan Mühafizəkarlar bu vəzifəyə iki əsas namizədi müəyyənləşdirməlidirlər.
Bundan sonra Böyük Britaniyada yeni hökumət başçısının seçiləcəyi ikinci mərhələ baş tutacaq. Sonda Britaniya Mühafizəkarlar Partiyasının bütün üzvləri səs verəcək.
Nizami Bağırov