Xəbər lenti

Britaniyada həbs edilən casuslar Rusiya kəşfiyyatıyla bağlı Yan Marsalekə işləyib
Dünya 19:20 26.09.2023

Britaniyada həbs edilən casuslar Rusiya kəşfiyyatıyla bağlı Yan Marsalekə işləyib

Bu gün Böyük Britaniyanın Vestminster magistrat məhkəməsində 5 bolqarıstanlıya - dəstənin başçısı, 45 yaşlı İT mütəxəssisi Orlin Rusev və onun əlaltıları - Bizer Cambazov, Katrin İvanova, İvan Stoyanov və Vanya Qaberovaya qarşı ittihamlar irəli sürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” məlumat yayıb.

Onlar 2020-ci ilin avqustundan 2023-cü ilin fevralına kimi Böyük Britaniyanın təhlükəsizliyinə və maraqlarına zərər vurmaqla başqa ölkə üçün məlumat toplamaqda, habelə saxta sənədlərin saxlanması kimi bir sıra yüngül cinayətlərdə ittiham olunurlar. Onların hamısı son illərdə Britaniyada yaşayıb-işləyiblər: Cambazov xəstəxanada sürücü, İvanova (onun sevgilisi) klinikada laborant, Vanya Qaberova kosmetoloq olub.

Müstəntiqlərin fikrincə, dəstənin lideri Orlin Rusevi bir vaxtlar Almaniyanın Wirecard ödəmə şirkətinin əməliyyat direktoru vəzifəsində çalışmış, dünyanın ən çox axtarılan fırıldaqçılarından biri olan Yan Marsalek işə cəlb edib. 2020-ci ildə The Insider, Bellingcat və Der Spiegel müəyyən edib ki, Marsalek iyunun 19-da, auditorlar Wirecard-ın balansında 1,5 milyard dollardan çox itki aşkar etdikdən sonra Rusiyaya qaçıb. Və sonrakı araşdırmalar Marsalekin Rusiya kəşfiyyat xidmətləri ilə sıx əlaqəsini müəyyən edib: o, 2015-ci ildən bəri QRU ilə əməkdaşlıq edib, digər məsələlərlə yanaşı Rusiya kəşfiyyatına Afrika ölkələrində özəl hərbi şirkətlər yaratmağa, rüşvət almış Avstriya təhlükəsizlik xidməti orqanları əməkdaşları vasitəsilə məlumat əldə etməyə kömək edib və digər incə tapşırıqları yerinə yetirib.

Marsalek Rusevlə hələ 2014-cü ildə işləməyə başlayıb. Rəqəmsal izləmə üzrə ekspert olan Rusev onu şifrəli rabitə cihazları ilə təmin edib və həmçinin yuxarıda adı çəkilən ən azı dörd digər Bolqarıstan vətəndaşını öz komandasına cəlb edib, onlara izləmədə istifadə edilən casus avadanlığı və şifrəli rabitə ilə işləməyi öyrədib. İstintaq hələlik bolqarların Marsalek üçün hansı məlumatları topladığını bildirməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->