Xəbər lenti

Britaniyalı rəssamdan “Sovetski” sərgisi
Sənət18:59 08.07.2015

Britaniyalı rəssamdan “Sovetski” sərgisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 9-da YARAT Müasir İncəsənət Məkanında britaniyalı rəssam TERRIBLEm86-nın (Den Merrabl) Bakının “Sovetski” küçəsinə həsr etdyi sərgisi keçiriləcək. 
Axşam.az-ın məlumatına görə, Sərgidə rəssamın taxta blokların istifadəsi ilə quraşdırılmış əsərləri nümayiş olunacaq.
Rəssam deyib:
"Mən fevral ayında Şotlandiyadan Bakıya gəldiyim gündən bəri bu şəhərin inkişafının və həyata keçirilən tikinti işlərinin sürətinə heyran qalmışam. Bu inkişafın əvvəllər "Sovetski" küçəsi adlanan əraziyə təsiri mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Ərazidə gedən şəhərsalma işləri bu an da davam etməkdədir və mənim fikrimcə, bu küçə şəhərin daima dəyişən ən qədim ərazilərindən biri olduğu üçün diqqətəlayiqdir.
Yaratdığım əsərlər "Sovetski"nın hazırkı vəziyyətinin birbaşa vizual surətidir. Əsərlərdə istifadə olunan əsas maddələr yenidənqurma işləri aparılan yaşayış binalarının ətrafından toplanmış lazımsız taxta, divar kağızı, kafel və digər materiallardır. Layihənin əsasında "gözəllik hər şeyə rəğmən hər yerdə qalmaqdadır" ideyası durur. "Sovetski"dan götürülmüş hər bir element nə vaxtsa hər hansı bir şəxsin həyatının bir parçası olduğu üçün, onlara çox böyük hörmət göstərilir. İndi onların üzərinə geridə qalmış bütün materialları təmsil etmək məsuliyyəti düşür. Materiallar tikinti, memarlıq, inkişaf və tarixi əks etdirmək üçün akril boyalarla rənglənir.
Layihə mənim son üç ay ərzində müşahidə etdiklərimin vizual əksidir. O, tikinti və dekorasiya üçün istifadə olunan materiallara hörmətimi ifadə edir. Məqsədim yerli əhali arasında Bakının inkişafı və yenidənqurma işləri barədə açıq söhbətlərə təkan verməkdir".
TERRIBLEm86 və ya qısaca TM86 təxəllüsü ilə tanınan Deniel Merrabl Qlazqo şəhərində yaşayan rəssamdır. O, qarışıq texnika və instalyasiya sənəti üzrə ixtisaslaşıb. 2008-ci ildə Torontonun York Universitetini qrafika dizaynı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Rəssam Toronto, Vankuver, Cefriz Bey (Cənubi Afrika Respublikası), London, Qlazqo və Bakı kimi şəhərlərdə yaradıcılıqla məşğul olub.
Qaynar.info