Xəbər lenti

Ekonomiks 12:20 20.02.2023

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsi "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib.

Qaynarinfo Unikal-a istinadən xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?