Xəbər lenti

“Brüssel formatı”nın davam etdirilməsi vacibdir - Politoloq
Siyasət12:18 28.10.2022

“Brüssel formatı”nın davam etdirilməsi vacibdir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib. Burada o, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Tərəflər görüş zamanı Ermənistana göndərilən Avropa İttifaqının müşahidə missiyasının işi, habelə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıblar. 
Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Klaarın bu dəfəki səfəri Aİ-nin mülki missiyasının Ermənistana gəlişilə bağlıdır:
"Bundan bir müddət əvvəl də Toivo Klaar Cənubi Qafqaza səfərə gəlmişdi. Amma indi dəyişən şərtlər və situasiyaya uyğun olaraq bu dəfəki səfər tamam başqa mahiyyət daşıyır. İrəvan regiona Avropanın timsalında Qərbi cəlb etməyə çalışır. Avropa İttifaqının missiyasını da İrəvana dəvət edib. İndi də ATƏT-in missiyası Bakının razılığı olmadan dəvət edilib. Amma rəsmi Bakı ilə razılaşdırılmayan istənilən aparılan araşdırma və verilən nəticələrin hüquqi əsası olmayacaq. 
Azərbaycan üçün indiki məqamda "Brüssel formatı”nın davam etdirilməsi daha vacibdir. Bunun xaricində ATƏT-in Minsk qrupunun və Aİ-nin Fransa rəhbərliyində fəaliyyətinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Regionda sülhün bərqərar olmasını istəyirlərsə, bütün hallarda Azərbaycan maraqları nəzərə alınmalıdır. 
Toivo Klaar da əslində mülki missiyanın tərkibində İrəvana gəlib. Bu mənada onun həmin səfəri Bakı üçün elə bir əhəmiyyət kəsb etmir. Onlar adekvat qərarlardan bəhs edirsə, Azərbaycanın da fikirləri öyrənilməli, Bakıya da səfər etməlidirlər. 27 illik işğal dövründə Bakı dəfələrlə bənzər missiyaların regiona gəlməsilə bağlı müraciətlər edib. Ermənistan isə dəfələrlə bu missiyaları bloklayıb. İşğal dövründə əməl edilməyən missiyaların bundan sonra eç bir əhəmiyyəti yoxdur”. 
Rüfət Sultan