Xəbər lenti

Brüsseldə masaya Azərbaycana zidd mövzular qoyulsa nə baş verəcək? - Ekpsert şərhi
Siyasət13:06 13.12.2021

Brüsseldə masaya Azərbaycana zidd mövzular qoyulsa nə baş verəcək? - Ekpsert şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Görüşdən ciddi nəticə gözləmirəm. Çünki Moskva ağıllı gedişlə Brüssel görüşünə zərbə vurub”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı şərçivəsində Brüsseldəki tədbirində Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünü dəyərləndirərkən deyib: 
"Azərbaycan 26 noyabrda imzalanan son üçtərəfli bəyanatla öz maraqlarını təmin edib. İkincisi, Rusiya ağıllı gedişlə Brüssel görüşünə xətər yetirib. Nəticədə 2 gündən sonra Brüsseldə olacaq görüş özünün əvvəlki əhəmiyyətini itirdi. Azərbaycan görüş elan olunanda bəzi məsələlərin Brüsseldə həll olunacağını gözləyirdi. Amma Rusiya noyabrın 26-da Bakının marağını gözləməklə sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsini özündə ehtiva edən sənədə imza atdı”.  
Həmsöhbətimizin fikrincə, Avropa İttifaqı bu məsələdə artıq seyrçi statusundadır: 
"Onlar başqa məsələ irəli sürə bilməz. Dekabrın 15-dəki görüşdə ATƏT-in Minsk qrupunun bərpası və Dağlıq Qarabağa hansısa status verilməsini gündəmə gətirsələr, İlham Əliyevin Paşinyanla hansısa görüş keçirəcəyinə inanmıram. Masada bu mövzular olsa, Azərbaycan Prezidentinin oranı tərk edəcəyini gözləyirəm. Burada Qərbin təkidiylə sülh müqaviləsinin imzalanacağına inanmıram”.
Rüfət Sultan