Xəbər lenti

"Bu abidələri Xocalıda ucaltmaq lazımdır" - Ekspert
Sənət09:52 15.01.2024

"Bu abidələri Xocalıda ucaltmaq lazımdır" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keçmiş mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin vaxtında Xocalı faciəsinə həsr olunan və sərgilərdə birinci yeri tutan iki əsərin taleyi qaranlıq olaraq qalır. Hər iki qalib əsərin müəllifi Xalq rəssamı Xanlar Əhmədovdur. Həmin illərdə nazirlik bu iki əsərin teliklə abidəsinin ucalacağını bildirsə də, məkanla bağlı qərar verilməyib".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyib.
Ziyadxan Əliyev təklif edib ki, Xanlar Əhmədovun hər iki əsəri Xocalıda ucaldılsın:
"Rəssamlar İttifaqı bir neçə dəfə Xocalı ilə bağlı müsabiqə keçirib. Həmin müsabiqələrdə Xalq rəssamı Xanlar Əhmədovun əsərləri birinci yeri tutub və makafata layiq görülüb. Onlar gözəl, bədii, rəmzi və fəlsəfi bir əsərdir. Bakıda ucaldılan Xocalı abidəsi onun yanında heç nədir. Rəssam mükafatını alıb, amma əsər qalıb, unudulub. Heç kəsin yadına düşmür ki, bu əsəri hazırlasınlar. Bu mənim şəxsi təşəbbüsümdür. Bilirəm ki, Xocalı ilə bağlı ayrıca müsabiqə elan olunsa da, bundan yaxşı əsər olmayacaq. Bu əsər bitib və tamamlanıb, onun həyata keçməsinə vaxt lazım deyil". 
Xalq rəssamı Xanlar Əhmədov hər iki əsəri heykəl kimi yaratdığını vurğulayıb:
"Hər bir əsəri Xocalıda ucalmasını istəyirəm. Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Xocalıya həsr olunan sərgi keçirib. Mən də həmin əsərləri sərgiyə təqdim etdim. Bu əsərlərin hər biri ayrı-ayrı müsabiqələrdə birinci yeri tutub. Bu əsərlərin artıq vaxtı çatıb, onların hər birini Xocalıda ucaltmaq mümkündur".
Bahar Rüstəmli