Xəbər lenti

Ekonomiks 15:46 06.08.2026

"Bu addım atılsa, hər kəs avtobuslara yönələcək" - Nazir müavini

"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur”.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə deyib.

Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.

"Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq”, - deyə R.Hümmətov bildirib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->