Xəbər lenti

Bu ANS-çilər də yeni iş yeri tapdı
Ölkə17:19 31.08.2016

Bu ANS-çilər də yeni iş yeri tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS TV-də yayımlanan “Passport” verilişinin keçmiş aparıcısı Kənan Hakimov yeni mövsümdən etibarən CBC Sport kanalında fəaliyyətini davam etdirəcək.

Bu barədə Kənan Hakimov özü admiral.az-a danışıb: “ANS TV-də olduğu kimi burada da aparıcı olacağam. Yeni layihə deyil, sadəcə işçi kimi gəlmişəm”.

Kənan Hakimov 2011-ci ilin iyulundan etibarən ANS TV-nin idman departamentində çalışıb.

Bundan başqa, milli.az xəbər verir ki, ANS-də “Adam içində”, “Səni axtarıram Xoşqədəmlə” verilişlərində çalışmış jurnalist Afət Rahilqızının da yeni iş yeri bəlli olub. O, sentyabr ayından etibarən yeni verilişlə Region TV-də işə başlayacaq.

Qaynarinfo.Az