Xəbər lenti

Bu avtobuslar 20-ci Sahəyə getməyəcək - SXEM
Ölkə09:33 26.02.2016

Bu avtobuslar 20-ci Sahəyə getməyəcək - SXEM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların qrafiki dəyişdirilib.

Milli.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Niyazı küçəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin kəsişməsindən İstiqlaliyyət küçəsinə qədər yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 6 saylı marşrut xətti metronun "Azadlıq Prospekti" stansiyasının önündən "İçərişəhər" stansiyasına qədər hərəkət edəcək.

Qeyd edək ki, bunadək 6 saylı marşrut avtobusları 20-ci Sahəyə qədər hərəkət edirdi.

Qaynar.info