Xəbər lenti

Bu avtomobillər gömrük rüsumundan azad edildi
Ekonomiks17:15 11.11.2022

Bu avtomobillər gömrük rüsumundan azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0 %-ə endirilib.
Qaynarinfo xəbər verir ki, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0% olub. 
Qeyd edək ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub.