Xəbər lenti

“Bu ay Moskva sülh sazişi imzalana bilər, amma...” - Politoloq
Siyasət12:41 04.05.2023

“Bu ay Moskva sülh sazişi imzalana bilər, amma...” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sülh sazişilə bağlı yekun qərar Moskvada verilə bilər, amma İrəvanın qeyri-konstruktivliyi üzündən bu görüşün təxirə salınması da istisna edilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun may ayı ərzində Rusiyada keçiriləcəyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib:
"Ermənistanın istəyi olsa, Rusiyada tərəflər müəyyən razılığa gələ bilərlər. Sülh sazişinin mətni üzərində aparılan işlərlə bağlı yekun qərarı Moskvada verə bilərlər. Amma Moskva görüşünün təxirə salınacağını da istisna etmək olmaz. Çünki Ermənistan etibarsız tərəfdaşdır. Ona görə də Moskva görüşünün reallaşacağını yüz faizlik əminliklə deyə bilmərik. Keçən ilin dekabrında İrəvan Moskva görüşünə razılıq versə də, son anda iştirakdan imtina etdi. Daha sonra Vaşinqtonun təkidilə Münhendə görüş oldu. Vaşinqtonun dəst-xəttilə görüşlər davam edir”. 
Həmsöhbətimizə görə, Moskva görüşü reallaşarsa, Moskvada söhbət sülh müqaviləsinin son redaksiyası istiqamətində iş aparılacaq.
Qeyd edək ki, Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanla Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsinin nəzərdə tutulduğunu deyib. 
Rüfət Sultan