"Jilinin belə bir açıqlama ilə çıxış etməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Milli təhlükəsizliyin ictimai tətbiqi problemlərinin öyrənilməsi mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilinin erməni separatçılarına hərbləşdirilmiş özəl "Vaqner” qrupu və ya İranın SEPAH təşkilatının Qarabağa göndərilməsi senarisini irəli sürməsinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Baş Prokurorluq Jilinə cinayət işi açmalıdır:
"Bu Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ona görə də Baş Prokurorluq Jilinə qarşı cinayət işi açmalıdır. Onun bu fikirlərinə görə Azərbaycan Xarici İşlər Nazirliyi də nota verməlidir. Çünki onun özbaşına bu cür çıxış etməsi mümkünsüzdür. Uzun müddət vəzifədə olan bir adamın belə fikir söyləməsi təsadüfi ola bilməz. O, Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi, yaxud da Federal Kəşfiyyat İdarəsinin adamıdır.
Jilinin belə "tövsiyyələr” verməkdə əsas məqsədi regionda qan tökülməsinə çalışmaq və bu vəziyyətdən istifadə etməklə rus sülhməramlıların bölgədə daimi qalması və burada hərbi struktur yaratmalarına nail olmaqdan ibarətdir. Son zamanlar Rusiyada müxtəlif şəxslər tərəfindən Azərbaycana qarşı səslənən bu sayaq fikirlər heç şübhəsiz Moskvanın bölgədə hərbi baxımdan daha geniş şəkildə təmsil olunması və daha uzun müddətə qalmalarına əsas yaratmağa hesablanıb”.
Rüfət Sultan