Xəbər lenti

Bu cür təxribatlar 44 günlük müharibənin təkrarlanma ehtimalını yaradır (ŞƏRH)
Siyasət13:22 17.11.2021

Bu cür təxribatlar 44 günlük müharibənin təkrarlanma ehtimalını yaradır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atəşkəsdən sonra İrəvan və onu təhrik edənlər prosesdən dərs çıxarmasa, yeni müharibə fonunda Azərbaycan dayandığı nöqtədən bir qədər də irəli gedəcək. Ermənilər bunu anlasa, atəşkəsdən sonra proses sülh quruculuğuna töhfə verə bilər. Lakin bu ehtimalı daha çox arzulasaq da, daha zəif olan ehtimaldır”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı əldə edilən atəşkəsdən sonra prosesdə hansı dəyişiklik və yeniliklərin şahidi ola biləcəyimizlə bağlı suala cavabında deyib:
"Atəşkəs Ermənistanın kifayət qədər ciddi itkisilə nəticələnən döyüşdən sonra əldə olunub. Digər tərəfdən, dünənki proses sülhün əldə olunmasını bir qədər çətinləşdirən məqamdır. İki tərəf arasında 10 Noyabrdan sonra yaranması ehtimal olunan etimad mühitilə bağlı risqlər getdikcə artır. Təxribatların sayı və miqyasının artması qarşılıqlı inam və etimadın möhkəmlənməsi prosesinə ciddi maneə yaradıb”. 
Həmsöhbətimizin fikrincə, qısa müddətli münaqişələrdə verilən itkilər adətən tərəflərin yaxınlaşmasına, sülh quruculuğuna əngəl olur:
"Həmçinin, atəşkəsdən sonra sülh müqaviləsinin imzalanmasının gecikməsi hər iki tərəf üçün ciddi risklər də yarada bilər. Belədə, İrəvan törətdiyi təxribatların bundan sonrakı dövr üçün öz vəziyyətini daha da ağırlaşdırdığını bəlkə də anlayacaq. Çünki bu cür qısa müddətli təxribatlar 44 günlük müharibənin təkrarlanma ehtimalını yaradır”. 
Rüfət Sultan