Xəbər lenti

Bu, davam etdikcə ermənilər üstümüzə gəlməyə davam edəcək... - Politoloq
Siyasət10:35 14.07.2021

Bu, davam etdikcə ermənilər üstümüzə gəlməyə davam edəcək... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz zəifləyən deyil, güclənən tərəfik. Çünki ortada Şuşa bəyannaməsi var və Azərbaycana istəlinən həqarət, hərbi təxribat həm də dolayısı ilə qardaş Türkiyəyə qarşı baş vermiş olur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan silahlı qüvvələrinin bölmələrinin Naxçıvanda və Şuşada mövqelərimizi atəşə tutmasının pərdəarxası məqamlarını şərh edərkən deyib. Onun fikrincə, bütün proseslər Azərbaycanın iradəsindən asılı olmalıdır:
"Məsələyə bu konteksdə yanaşmaq lazımdır. Bu, ermənilərin güclü olduğu anlamına gəlməz. Əgər Azərbaycan hər gün özü proses, hadisələr yaradarsa, basqı xarakterli siyasət yürüdərsə, Ermənistanın konstruktivlikdən başqa fəaliyyət göstərmək üçün yolu qalmayacaq. Ancaq son zamanlar bir növ müşahidəçi kimi fəaliyyət göstəririk. Belə olduğu tədirdə artıq qeyri-iradi olaraq bütün prosesin nəzarət və idarə olunması Rusiyaya buraxılır ki, Rusiya da bu cür hərbi təxribatların arxasında duran tərəfdir. Çünki Rusiya hər zaman çalışacaq ki, Qarabağda prosesi idarə etsin. Ona görə də 10 Noyabr bəyannaməsindən irəli gələn 4-cü müddə yerinə yetirilmir. Qarabağda qanunsuz erməni silahlı birləşmələri bəyannamənin 4-cü müddəasına uyğun olaraq Rusiya sülhməramlılarının Qarabağa girişinə pararlel olaraq Qarabağdan çıxarılmalı idi. Ancaq biz  bunun əksini gördük”.
 
Politoloq qeyd edir ki, Rusiya sülhməramlıları ildırımsürətiylə, bir günün ərzində Qarabağa girdi:
"Bu, sülhməramlı çətiri altında baş verdi, ancaq qanunsuz erməni birləşmələri Qarabağdan çıxmadı. Ona görə Qarabağdakı qanunsuz silahlı birləşmələr oradan çıxmadıqca bu cür təxribatlar və təzyiq elementləri qalmaqda davam edəcək. Azərbaycan Rusiyanın iradəsindən kənar istəlinən bir müstəqil qərar qəbul etdiyi təqirdə Rusiya Qarabağda hər zaman bu yaranı qanatmağa çalışacaq. Artıq bu məsələ ilə bağlı Azərbaycan iradəsini ortaya qoymalıdır. Ortada bir təcrübə var. 10 Noyabr bəyannaməsindən sonra ermənilər bu cür hərbi təxribata cəhd etdilər və Azərbaycanın xüsusi xidmət, təhlükəsizlik orqanları antiterror əməliyyatı nəticəsində onlarla erməni diversantını zərərsizləşdirdi. Bu gün məhkəmə predmeti olaraq proses gedir. Belə olan təqdirdə Azərbaycan nəyi gözləyir? Rusiyaya nəyi subut etmək istəyir? Bu cür siyasət anlaşılan deyil. Bu, davam etdikcə erməni diversantları üstümüzə gəlməyə davam edəcək”. 
Natiq Miri hesab edir ki, Azərbaycanın özü yenidən hadisələr yaratmalıdır:
"Eynən sentyabrın 27-də əks-hücum əməliyyatı, 10 Noyabr bəyannaməsindən sonra təhlükəsizlik orqanlarının keçirdiyi antiterror əməliyyatı, eynən birtərəfli qaydada Ermənistanla sərhədlərin müəyyənləşmə prosesinin Azərbaycanın iradəsi çərşivəsində cızılması, eynən Şuşa bəyannaməsi kimi hadislər yaratmaq lazımdır ki, Ermənistan dövləti və onun havadarları bizim üçün yaradan deyil, bizim yaratdığımız prosesin arxasınca sürünmək məcburiyyətində qalsınlar. Ancaq bu gün proses yenidən bizim əleyhimizə işləyir. Bunun qarşısını almaq üçün Azərbaycan basqı siyasətinə davam etməlidir. Hər həftə yeni gündəm yaradan tərəf Azərbaycan olmalıdır. Belə olduğu təqdirdə Ermənistan quzu kimi konstruktiv davaranmağa başlayacaq. Eyni ilə Rusiya da bu cür adekvat adımlar atmaq məcburiyyətində qalacaq”.
Bahar Rüstəmli