Xəbər lenti

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək (VİDEO)
Video 09:22 30.07.2025

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək (VİDEO)

Bakının Yasamal rayonu, "Sovetski" kimi tanınan ərazidə XX əsrin əvvəllərində inşa edilmiş və istismar müddətini başa vurmuş tikililər söküləcək.

Bu addımın əsas məqsədi salınmış parkların ərazisini daha da genişləndirmək və sakinlərin rahatlığını təmin etməkdir.

Mütəxəssislərin fikrincə, böyük şəhərlərdə belə yaşıllıq zonalarının yaradılması şəhərin ekosistemini canlandırır və ətraf mühitə müsbət təsir göstərir.

Qeyd edək ki, ərazidə abadlaşdırma işləri ilə yanaşı, mühəndis-kommunikasiya sistemlərinin də yenilənməsi nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetində:


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->