Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq
Ekonomiks21:02 28.01.2025

Bu ərazilərdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Qaynarinfo  verir ki, yanvar 30-u saat 10 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseyn, A.Azərtürk, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.