Gəlinlik seçimi olduqca çətin bir işdir. Bütün gəlinlər bu xüsusi günlərində ön planda olmaq istəyir. Lakin bəzi qadınlar həmin gün fərqli formada gəlinlik seçərək insanları təəccübləndirmək istəyir.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Lisanın Toy Dünyası Bloqunda paylaşılan gəlinliyi geyinmək üçün cəsarət lazımdır.
244 saatdan çox bir vaxta tikilən paltarın üzərində 200-dən çox kristal var. Gəlinliyin sahibi məlum deyil. Bu qəribə gəlinliyi kimin geyinəcəyi isə bəlli olmasa da, həmin an maraqla gözlənilir.