Bu gün Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.
Qaynarinfonun məlumatına görə, yarışın ilk günündə çəkisi 55, 63, 77, 87 və 130 kiloqram olan yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Ölkəmizi bu yarışda Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da start götürəcək. Yarımfinal qarşılaşmaları 20:00-da başlayacaq. Bu çəkilərdə qalib və mükafatçıların adına martın 8-də aydınlıq gələcək.
Avropa çempionatına martın 13-də yekun vurulacaq.
Səbuhi Həsənov