Xəbər lenti

Bu gün 6 güləşçimiz döşək üzərinə çıxacaq
İdman07:33 08.10.2021

Bu gün 6 güləşçimiz döşək üzərinə çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda dünya çempionatı davam edir. 
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. Murad Məmmədov (60 kq) təsnifat mərhələsində Macarıstan təmsiçşisi Kriştian Keçkemeti ilə üz-üzə gələcək. Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək.
Digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda mübarizəyə qoşulacaq. Əzizli Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə) cütünün qalibi ilə, Süleymanov rusiyalı Roman Vlasovla, Hüseynov isə Türkiyə güləşçisi Burhan Akbudakla üz-üzə gələcək.
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal görüşləri saat 20:00-da start götürəcək.
Azərbaycan güləşçiləri Oslodakı dünya çempionatında hələlik iki medal qazanıb. Belə ki, sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
Səbuhi Həsənov