Xəbər lenti

İdman 10:49 18.11.2023

Bu gün Azərbaycan Kubokuna start verilir

Bu gün Azərbaycan Kubokuna start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, birinci təsnifat mərhələsinin üç matçı baş tutacaq.
 
Bu mərhələnin ilk oyunun günün bir görüşü Bakıda, biri Sumqayıtda, digəri isə Gəncədə keçiriləcək. "Füzuli" ASK Arenada "Lerik"lə qarşılaşacaq. Qusar təmsilçiləri "Qusar"la "Şahdağ" Sumqayıtdakı "Kapital Bank Arena"da görüşəcək. "Göygöl" isə Gəncədə "Dinamo"nu qonaq edəcək.

Azərbaycan Kuboku

18 noyabr

13.00. "Füzuli” – "Lerik”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena”

13.00. "Qusar” – "Şahdağ Qusar”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Kapital Bank Arena” (ehtiyat meydança)

14.30. "Göygöl” – "Dinamo”

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->