Xəbər lenti

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq
Siyasət05:23 18.01.2018

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər. 
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib.