Bu gün Avropa Oyunları ilə bağlı Bakıda Qız Qalası ətrafında təntənəli tədbir keçiriləcək.
Avropa Oyunları Təşkilat Komitəsindən Sara Əliyevanı Qaynar.info-ya verdiyi məlumata görə, bu gün axşam saat 20:00-da Qız Qalası ətrafında möhtəşəm “İşıq şou"su keçiriləcək. Bununla da oyunlara 200 günün qalması qeyd ediləcək.
20 idman növü üzrə 20 idman obyektində keçiriləcək ilk Avropa Oyunları gələn il iyunun 12- də start götürəcək. 17 gün davam edəcək Avropa Oyunlarında isə 6000-dən çox idmançı mübarizə aparacaq. Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq. Turnirin açılış və yekun mərasimləri hələ tikilməkdə olan Olimpiya stadionunda baş tutacaq.
Qeyd edək ki, "İşıq şou"nun noyabrın 24-də keçirilməsi planlaşdırılırdı. Lakin həmin gün qalada intihar hadisəsi baş verdiyi üçün şou təxirə salınıb. Belə ki, günorta saatlarında orta yaşlı kişi özünü qaladan ataraq həyatına son qoymuşdu.
Qaynar.info