Xəbər lenti

Bu gün İlqar Məmmədovun doğum günüdür - FOTOLAR
Siyasət09:37 14.06.2016

Bu gün İlqar Məmmədovun doğum günüdür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Respublikaçı Alternativ Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun 46 yaşı tamam olur.

İlqar Məmmədov 1970-ci ilin 14 iyulunda Bakıda anad olub. 

1988-1989-cu illərdə Sovet ordusunda xidmət etdikdən sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000 - Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışarkən Azərbaycanda ilk dəfə parlament səsvermələrin riyazi təhlil metodikasını təklif və tətbiq edib.

İlqar Məmmədov 1998-2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMIP) sədr müavini olub.

AMİP-dən ayrıldıqdan sonra Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçisi, Açıq Cəmiyyət İnstitutu İdarə Heyətinin üzvü olub, Regional Əməkaşlıq naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) Məsləhət Şurasına seçilib və Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsinində çalışıb.

İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədridir. 2013-cü ildə Prezident seçkilərində iştiraka hazırlaşsa da namizədliyi qeydə alınmayıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib. 

Azərbaycan hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.  2014-cü ilin martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib. 

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

46 yaşlı İlqar Məmmədov ixtisasca tarixçidir.

Ailəlidir, bir qızı var.

Qaynarinfo.az