Xəbər lenti

Bu gün Milli Şuranın mitinqi var
Siyasət06:20 12.10.2013

Bu gün Milli Şuranın mitinqi var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 16:00-da Yasamal rayonu Sağlamlıq-İdman Kompleksinin stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) Milli Şuranın təşkilatçılığı ilə mitinq keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, seçkilərin saxtalaşdırılmasına etiraz məqsədilə keçiriləcək mitinqə Bakı Şəhər İcra Hakimiyyəti rəsmi razılıq verib. Mitinqdə Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli çıxış edəcək.

Mitinqdə  “Seçkinin nəticələri ləğv olunsun” “ Yeni seçkilər keçirilsin”  “Səslər düzgün hesablansın” və.s kimi şüarlar səsləndiriləcək.

Mitinqlə bağlı Bakı Şəhər BPİ və Bakı Şəhər  Prokurorluğu əhaliyə xəbər darlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: 

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”. 

Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev qeyd edib ki, toplantının keçirilməsi zamanı «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaq: “Belə hərəkətlər Azərbaycan Respublikası CM-nin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığı nəzərinizə çatdırılır”.

Qaynar.info