Xəbər lenti

Bu gün MSK üzvlüyünə 6 namizəd müəyyənləşəcək
Siyasət05:53 22.04.2021

Bu gün MSK üzvlüyünə 6 namizəd müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək.
"Report”un məlumatına görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirəcək.
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.