Xəbər lenti

Bu gün tanınmış aktyorun doğum günüdür - FOTOLAR
Sənət10:05 20.10.2014

Bu gün tanınmış aktyorun doğum günüdür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün bir çox tamaşalardan və seriallardan tamaşaçılara yaxşı tanış olan, sevimli aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının vokal artisti Əzizağa Əzizov doğum gününü qeyd edir.

Hər zaman təvazökarlığı, sadəliyi və qalmaqallardan uzaq durmağıyla seçilən Əzizağa müəllim bu xoş günlə bağlı suallarımızı cavablandırarkən aşağıdakıları söylədi: “Mən indiyə qədər heç zaman ad günümü təntənəylə qeyd etməmişəm. Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Adətən dostlar-tanışlar zəng vurub təbrik edirlər. Neçə illərdi ki, doğum günümdə mənə ilk zəng edib təbrik edən şəxs teatrımızın direktoru Əliqismət Lalayevdi. O, həmişə hamını qabaqlayır.”

“Bəs, bu il ad gününüzü harda qeyd edəcəksiniz?” sualına cavab olaraq “23 ildi bu günü ailəmlə birlikdə, evdə qeyd edirəm. Yenə ənənəmə sadiq qalacağam” deyə Ə. Əzizov bildirib.

Qaynar.info