Xəbər lenti

Bu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
Siyasət05:35 05.10.2020

Bu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.
İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək.