Xəbər lenti

Bu gündən hərbi liseylərə sənəd qəbuluna başlanılır
Ölkə06:10 15.04.2013

Bu gündən hərbi liseylərə sənəd qəbuluna başlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası bu gündən 2013/2014-cü tədris ili üzrə Müdafiə Nazirliyinin hərbi liseylərinə ümumi orta təhsil bazasında sənəd vermək istəyən abituriyentlər üçün sənəd qəbuluna başlayıb.

Komissiyadan verilən məlumata görə, sənəd qəbulu iyunun 25-də yekunlaşacaq. Hərbi liseylərə qəbul 2 mərhələdə aparılır. İlk mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçirilmə tarixi sənəd qəbulu vaxtı açıqlanacaq.

İkinci məhrələdə namizədlər TQDK tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. İmtahan Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənləri üzrə olacaq. Namizədlər hərbi liseylərə TQDK tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.

Qaynar.info