Xəbər lenti

Bu hakimlər vəzifələrindən azad edildi (SİYAHI)
Ölkə07:50 05.05.2020

Bu hakimlər vəzifələrindən azad edildi (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.