Xəbər lenti

Bu həftə 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofonu” qurulacaq
Ekonomiks14:30 30.05.2022

Bu həftə 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofonu” qurulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, bu həftə (31 may və 01-03 iyun tarixləri) daha 4 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin ikinci günü Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 4-cü günü Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və 5-ci günü isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.